“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə görüşməyə hazır olduğunu bildirib və Dəməşqdən müvafiq cavab gözləyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ərdoğan özü bildirib.
“Biz Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması naminə Bəşər Əsədlə görüş keçirmək istədiyimizi bildirdik. İndi qarşı tərəfdən müvafiq cavab gözləyirik”, – Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti qeyd edib ki, Ankara və Dəməşq bütün Suriya ərazisində sülh və sabitliyi təmin etmək üçün birgə addımlar ata bilər: “Biz görürük ki, Suriya rəhbərliyi və müxalifəti bir müddətdir ki, Suriyada döyüş olmamasını təmin edib”.