“Biz terrorçuluğa qarşıyıq. Amma mən HƏMAS-ı yaxşı tanıyan liderlərdən biriyəm. Mən heç vaxt HƏMAS-ı terror təşkilatı adlandırmamışam. Və hazırda HƏMAS-ı terror təşkilatı hesab etmirəm. Çünki HƏMAS ərazisini qorumağa çalışan təşkilatdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “NBC News” telekanalına müsahibəsində deyib.
Oktyabrın 7-də baş verənlərlə bağlı sualı cavablandıran Türkiyə lideri bu prosesdən əvvəl Fələstin xalqının çəkdiyi əzabların unudulmamasının lazım olduğunu vurğulayıb.