Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS hərəkatı ilə İsrailin Qəzza zolağında əldə etdiyi atəşkəs razılaşmasını dəstəklədiyini və bu razılaşmaların bölgəyə fayda verəcəyinə ümid etdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“HƏMAS və İsrail arasında atəşkəs sazişinin bağlanmasını alqışlayırıq. Ümid edirik ki, bu razılaşmalar bölgəmizə və bütün bəşəriyyətə, xüsusilə də Fələstinli qardaşlarımıza fayda verəcək və daimi sülh və sabitliyə zəmin yaradacaq”, – Ərdoğan vurğulayıb.