“İranın İsrailin hücumundan özünü müdafiə etmək üçün qanuni haqqı var”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında çıxışı zamanı deyib.
“İranın İsrail zərbələrinə qarşı özünü müdafiə etməsi tamamilə təbii və qanunidir. Türkiyə İran-İsrail münaqişəsi ilə bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb. İsrailin hücumlarının mümkün nəticələri ilə bağlı müvafiq qurumlarımız yüksək hazırlıq vəziyyətindədir. Biz hər cür ssenariyə hazırlaşmışıq”, – Ərdoğan bildirib.