“İttifaqımızın təməl dəyərlərini ayaqlar altına atan İsrail rəhbərliyinin NATO ilə əlaqələrini davam etdirməsi qəbuledilməzdir. NATO-nun bu sahədəki təşəbbüsləri Türkiyə tərəfindən dəstəklənməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezident Rəcab Tayyib Ərdoğan deyib.
Dünyaya bir daha iki dövlətli həll çağırışı edən prezident Ərdoğan əlavə edib: “Bütün təzyiqlərə baxmayaraq Fələstini tanıyan ölkələrin sayının artması bizi sevindirir”.