Xəbərlər

Ərdoğan Maduronu Türkiyəyə rəsmi səfərə dəvət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Venesuela Prezidenti Nikolas Maduro arasında telefon danışığı olub. Ərdoğan iyulun 28-də keçirilən prezident seçkilərində qalib gələn Venesuela Prezidenti Nikolas Maduronu Türkiyəyə rəsmi səfərə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bunu Venesuelanın xarici işlər naziri İvan Gil Pinton söyləyib.

O qeyd edib ki, Ərdoğan telefon danışığında Venesuela ilə Türkiyə arasında əməkdaşlıq və qardaşlıqlı əlaqələrin əhəmiyyətinə toxunub.