“Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın yerli seçkilərdən sonra diplomatik görüşləri gərgin keçəcək. Ərdoğan mayın 9-da ABŞ prezidenti Co Baydenin rəsmi qonağı olaraq Vaşinqtona gedir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə CNN Türk məlumat yayıb.
Qeyd edilib ki, sözügedən səfər Ərdoğan Co Baydenin prezidentliyi dövründə ABŞ-a ilk rəsmi səfəri olacaq.
Ərdoğan və Bayden sonuncu dəfə 2023-cü ilin iyulunda Vilnüsdə NATO Sammitində görüşmüşdülər.