Xəbərlər

Ərdoğan: Milli təhlükəsizliyə təhdid yaranarsa, Türkiyə Suriyada tədbir görəcək

“Türkiyə Suriyadakı müxalifət, eləcə də PKK və ona bağlı silahlı birləşmələrin Suriyadakı təhdidləri qarşısında milli təhlükəsizliyini qorumaq üçün tədbirlər görəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

“Türkiyə öz milli təhlükəsizliyi naminə bütün terror təşkilatları, xüsusilə PKK və onunla əlaqəli Suriyadakı birləşmələr və İŞİD ilə bağlı tədbirlər görəcək. Suriyada fəaliyyət göstərən və Türkiyə üçün təhlükə mənbəyi olan PKK və onun bölmələrinin ölkədəki vəziyyətdən yararlanmasının qarşısını alacağıq və bölücü fəaliyyətə heç vaxt imkan verməyəcəyik. Türkiyə əvvəldən Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşunu qorumağa sadiqdir və beynəlxalq ictimaiyyət Suriyanın dirçəlişi və yenidən qurulmasında əməkdaşlıq etməlidir”, – Ərdoğan əlavə edib.