Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Sammitində iştirak etmək üçün Misirin paytaxtı Qahirəyə gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Ərdoğanı Qahirə Beynəlxalq Hava Limanında Türkiyə xarici işlər naziri Hakan Fidan, Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen və Misir rəsmiləri qarşılayıblar.