Xəbərlər

Ərdoğan NATO sammitində Qəzza və Ukrayna ilə bağlı açıqlamalar verəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində Ukrayna və Qəzza zolağında nizamlanma ilə bağlı açıqlamalar vermək niyyətindədir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN Türk” məlumat yayıb.

“Ərdoğanın NATO portfelindəki əsas mövzuları İsrailin Qəzza zolağına təcavüzü, Rusiya-Ukrayna münaqişəsinin həlli, Qara dənizdə təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki vəziyyətdir”, – məlumatda qeyd edilib.

Türkiyə liderinin Vaşinqtonda diqqət yetirmək niyyətində olduğu digər məsələ terrorizmlə mübarizə olacaq. Ərdoğan dəfələrlə bildirib ki, Ankara NATO-dan terrorizmlə, xüsusən də Avropa və Suriyada PKK ilə mübarizədə həmrəylik nümayiş etdirməsini gözləyir. Türkiyə Qərb ölkələrini, əsasən də ABŞ-ı PKK və onun Suriyanın şimalındakı qoluna logistik və digər dəstək verdiyinə görə tənqid edir.