Xəbərlər

Ərdoğan: Netanyahu administrasiyası bütün bölgəni və dünyanı fəlakətə sürükləməyə çalışır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumunu kəskin şəkildə pisləyib və qeyd edib ki, İsrail rəhbərliyi bütün regionu və dünyanı fəlakətə sürükləməyə çalışır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ərdoğan mətbuata açıqlamasında bildirib.

“Bu səhər İsrail regionumuzu qan, göz yaşı və qeyri-sabitliklə dolu çox təhlükəli mərhələyə qərq etdi. İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq bir təxribatdır. İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiyası öz ehtiyatsız və qeyri-qanuni hərəkətləri ilə regionumuzu və bütün dünyanı fəlakətə sürükləməyə çalışır. Bu qlobal və regional sabitliyi pozmağa yönəlmiş banditizmdir”, – Ərdoğan əlavə edib.