Xəbərlər

Ərdoğan Papa Fransiskin ölümü ilə bağlı başsağlığı verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında Papa Fransiskin vəfatı ilə əlaqədar başsağlığı mesajı yayıb.

“Füyuzat”ın məlumatına görə, Ərdoğan paylaşımında ​​bunları qeyd edib:

“Katolik dünyasının ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin vəfatını kədərlə öyrəndim. Hörmətli dövlət xadimi olan Papa Fransisk həm də müxtəlif inanc qrupları arasında dialoqa önəm verən və humanitar faciələr, xüsusilə Fələstin məsələsi və Qəzzadakı soyqırımı qarşısında təşəbbüs göstərən mənəvi lider idi.

Öz adımdan və millətim adından mərhumun ailəsinə, Vatikan dövlətinə və katolik dünyasına başsağlığı verirəm”.