Xəbərlər

Ərdoğan Putini Türkiyəyə dəvət edib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Rusiya prezidenti Vladimir Putini yaxın vaxtlarda respublikaya səfərə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyyə KİV-i məlumat yayıb.

“Turizm mövzusuna gəldikdə isə, ölkəmizə 7 milyona yaxın turistin gəlməsi bizim üçün çox vacibdir. Bu məsələdə səmimi yanaşmamız hələ də qalır. Rusiyalı turistlər Türkiyəni qane etdiyi müddətcə eyni mövqedə hərəkət etməyə davam edəcəyik. Rusiya və Türkiyə arasındakı bu isti münasibətlər kontekstində mən, əlbəttə, sizi mümkün qədər tez bir zamanda ölkəmdə qəbul etməyi gözləyirəm”, – deyə o, Astanada keçirilən ŞƏT sammiti çərçivəsində Putinlə görüşü zamanı bildirib.