Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan bu gün Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçılarının 24-cü Sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Sammiti bu gün başlayır. Erdoğan sammitdə iştirak etmək üçün 2 gün Qazaxıstanın paytaxtı Astanada olacaq.
Sammitdə Çin, Rusiya və İran da daxil olmaqla 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Sammit “Çoxtərəfli dialoqun gücləndirilməsi: davamlı sülh və inkişafa səy göstərmək” devizi ilə keçiriləcək. Əsas gündəm Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq problemlərin həllində rolunun gücləndirilməsi olacaq.