Xəbərlər

Erdoğan Qəzza ilə bağlı: “BMT “ruhən ölüb”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatını (BMT) Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı fəaliyyətsizlikdə ittiham edib və təşkilatın “ruhən öldüyünü” bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

O, hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının iclasında deyib: “BMT artıq Qəzza xalqını qoruya bilmir, bölgədə təkcə insanlıq yox, BMT özü də “ruhən həlak olub”. Bütün bəşəriyyətin canlı izlədiyi soyqırımı dayandıra bilmirsinizsə, 21-ci əsrdə sizə nə ehtiyac var?”

Ərdoğan həmçinin bildirib: “Dünyanın gələcəyi beş (BMT Təhlükəsizlik Şurasının əsas üzvləri nəzərdə tutulur – red.) ölkədən asılı olarsa təşkilatın “nəhəng binalarının” mövcud olmasına nə gərək var?!”