Xəbərlər

Ərdoğan: Qəzza sakinlərinin məcburi köçürülməsi qəbuledilməzdir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini zorla köçürmək planının qəbuledilməz olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə prezidenti özü bildirib.

“Fələstin xalqının Qəzzadan çıxarılması qəbuledilməzdir. Bu, heç bir müsəlman ölkəsinin qəbul etməyəcəyi bir plandır və bu Qəzza və Fələstin xalqının hüquqlarını gözardı edir. Bu yanaşma uzunmüddətli davamlı sülhün əldə olunmasına kömək etmir, əksinə, münaqişələri daha da qızışdırır. Qəzzada bütün yaralar yalnız 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin mövcudluğunun tanınması ilə sağala bilər. Əsl sülh hər iki tərəfin hüquqlarını tanıyan, bərabərlik və ədaləti təmin edən bir təməl üzərində qurulmalıdır. Biz bu əsasda qurulan istənilən sülh strategiyasına tərəfdaş olacağıq”, – Ərdoğan qeyd edib.