Xəbərlər

Ərdoğan: Qəzzadan köçürülmə planlarının həyata keçirilməsinə icazə verməyəcəyik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni administrasiyasının Qəzza sakinlərini başqa ölkələrdə məskunlaşdırmaq planlarının qəbuledilməz olduğunu və Türkiyənin buna imkan verməyəcəyini bəyan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclası çərçivəsində parlamentdə çıxışı zamanı deyib.

“Biz qətiyyətlə vurğuladıq ki, İsrail tərəfindən qızışdırılan, məqsədi Qəzzadakı qardaşlarımızı vətənindən çıxarmaq olan Amerika administrasiyasının qeyri-insani, qeyri-qanuni planlarının həyata keçirilməsinə heç vaxt icazə verməyəcəyik”, – Ərdoğan qeyd edib.