“Suriyadakı terrorçular ya silahlarını yerə qoyacaqlar, ya da dəfn olunacaqlar”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz Suriyadakı terror təşkilatlarını, xüsusən də İŞİD və PKK-nı məhv etmək əzmindəyik. Onlar ya silahları ilə vidalaşacaqlar, ya da onunla birlikdə Suriya torpağında dəfn olunacaqlar. Bizimlə kürd qardaşlarımız arasında qan divarı hörməyə çalışan terror təşkilatını yox edəcəyik. Suriyadakı terror qrupları İraq və Türkiyə kimi Suriya üçün də təhlükə mənbəyidir. Onlarla mübarizə aparan yeganə NATO üzvü Türkiyədir və bu məsələdə bizim yeganə məqsədimiz Suriyadan başlayaraq, bölgəmizin hər yerində sülh, əmin-amanlıq və sabitliyi təmin etməkdir”, – prezident vurğulayıb.