“Suriyanın parçalanmasına və ya unitar quruluşunun məhvinə razı olmayacağıq. Bu mövzuda risk görsək, lazım olan addımları tez bir zamanda atacağıq”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Suriyada baş verən inqilabla həm bu ölkədə, həm də bölgədə yeni bir dövrün başladığını deyən Ərdoğan bildirib:
“Biz görürük ki, Suriyanın yeni administrasiyası ölkəni ərazi bütövlüyü və birliyi əsasında qurmağa çalışır və bunu etməkdə qərarlıdır. Bizim səmimi istəyimiz, gözləntimiz və siyasətimiz bu istiqamətdədir. Suriyanın parçalanması və ya hər hansı bir pərdə altında unitar quruluşunun məhvi istiqamətində risk görsək, Suriyadakı qarşıdurmanı və İŞİD təhdidini fərqli bir fürsətə çevirənlərə qarşı lazımi addımları atacağıq”.