Xəbərlər

Ərdoğan: Suriyanın “terror yuvasına” çevrilməsinin qarşısı alınmalıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriya terror ocağına çevrilməməli, PKK və İŞİD ilə mübarizə davam etdirilməlidir.

“Füyuzat”ın məlumatına görə, o bu barədə Ankarada olan Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə danışıqlardan sonra mətbuat konfransında deyib.

“Suriya məsələsi kontekstində ölkənin terror yuvasına çevrilməsinin qarşısını almaq lazımdır. Həm İŞİD, həm də PKK və ona bağlı təşkilatlarla mübarizə indiki görüşümüzdə müzakirə etdiyimiz əsas məsələlərdən biri idi. Türkiyə hər iki terror təşkilatının güclənməsinə qətiyyən imkan verməyəcək”, – deyə Ərdoğan bildirib.