Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Rusiya prezidenti Vladimir Putinlə görüşündə Rusiya ilə ticarət, turizm, investisiya və enerji sahələrində əlaqələrin ümumi maraqlar əsasında inkişaf etməkdə davam etdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı Ərdoğan Türkiyə ilə Rusiya arasında münasibətlərin qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etməyə davam etdiyini, ticarət, turizm, investisiya və enerji kimi sahələrdə keçmişdən miras qalan əməkdaşlıq ruhunun davam etdiyini bildirib”, – o əlavə edib.



