Xəbərlər

Ərdoğan: Türkiyə Suriyada nizamlanmayla bağlı Rusiya ilə danışıqlar aparır

“Türkiyə Suriyada milli təhlükəsizlik maraqlarını nəzərə alaraq fəaliyyətinə davam edəcək və bu məqsədlə Rusiya ilə əlaqə saxlayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz terrorla mübarizəni davam etdirəcəyik. Türkiyə həm Suriyada Amerikanın Suriyadan çıxmasının yaradacağı yeni vəziyyətə, həm də indiki reallığa hazırdır. Milli təhlükəsizliyimiz hər şeydən əvvəldir. Türkiyənin öz hüdudlarından kənarda milli təhlükəsizliyə təhdid yaradan qruplara qarşı tolerantlığı sıfırdır. Biz bütün həmsöhbətlərimizə bu məsələdə nə qədər qətiyyətli olduğumuzu çatdırdıq. Bu yanaşmanı və məqsədlərimizi açıq şəkildə izah edirik. Suriyanın şimalı Amerikanın dəstəyi ilə PKK tərəfindən işğal edilib”, – Ərdoğan bildirib.