“Ukrayna və Suriyanın bərpasında Türkiyə və Yaponiyanın tərəfdaşlığı bu prosesə böyük təsir göstərə bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Qarşıdakı dövrdə şirkətlərimiz Afrika və Mərkəzi Asiyada infrastruktur, enerji, nəqliyyat və digər inkişaf layihələrinin birgə həyata keçirilməsi üçün perspektivli potensiala malik olacaqlar. Üstəlik, bu sözsüz ki, Ukrayna və Suriyanın yenidən qurulması proseslərində, Türkiyə və Yaponiya arasında real tərəfdaşlığa dərin təsir göstərə və uzunmüddətli dəyər yarada bilər”, – Ərdoğan qeyd edib.



