Xəbərlər

Ərdoğan Türkiyənin ilk astronavtı Gezeravcını qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk insanlı kosmos missiyasını uğurla başa vuraraq vətənə qayıdan astronavt Alper Gezeravcını qəbul edib.

“Füyuzat”ın məlumatına görə, İstanbuldan Ankaraya gələrkən Esenboğa hava limanında təşkil edilən qəbulda Gezeravcının ailəsi də yanında yer alıb.

Qəbulda Gezeravcı Beynəlxalq Kosmik Stansiyada (BKS) keçirdiyi 18 gün ərzində yanında olan Türkiyə bayrağını və üzərində “Türkiyənin ilk insanlı kosmos missiyası” yazılan şərfi prezident Ərdoğana təqdim edib. Ərdoğan da öz növbəsində Gezeravcıya saat hədiyyə edib.

Qeyd edək ki, qəbulda prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan və Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır da olub.