Xəbərlər

Ərdoğan və Makron telefonla danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə liderinin ofisindən bildirilib.

“Söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətlər, Rusiya ilə Ukrayna arasında sülh prosesi, eləcə də bir çox regional və dünyada baş verən hadisələr, o cümlədən Qəzza zolağındakı hazırkı vəziyyət müzakirə edilib. Ərdoğan Türkiyənin ədalətli sülh yolu ilə Ukrayna-Rusiya müharibəsinə son qoymaq səylərinin davam etdiyini, təmasları yaxından izlədiyini bildirib. Türkiyə lideri Fransa prezidentinə Türkiyənin Ukrayna və Rusiya arasında sülh danışıqları çərçivəsində istənilən səyləri dəstəkləməyə hazır olduğunu da bildirib”, – məlumatda qeyd olunub.