Xəbərlər

Ərdoğan və Orban Qırğızıstana dövlət səfəri edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orban 2024-cü il noyabrın 5-də Qırğızıstana dövlət səfərinə gedəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.

“Səfər nəticəsində tərəflər arasında strateji əməkdaşlığın genişləndirilməsi və dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, – deyə şöbə müdiri qeyd edib.