Xəbərlər

Ərdoğan yaxın günlərdə Astanada Putinlə görüşməyi planlaşdırır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

“Yaxın günlərdə Prezident Rəcəb Tayyib Ərdoğanla Putinin Qazaxıstanda görüşü mümkündür”, – Fidan bildirib.

O əlavə edib ki, Putinin Türkiyəyə səfər etməsini gözləyir: “Prezidentimiz onu əvvəllər də səfərə dəvət edib”.

Qeyd edək ki, Fidan Ukraynadakı nizamlanma ilə bağlı Ərdoğanın mesajını Putinə çatdırdığını da vurğulayıb.