Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçılarının zirvə görüşü üçün getdiyi ABŞ-ın paytaxtı Vaşinqtonda Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Görüş zamanı Ərdoğan Türkiyənin Yunanıstanla mehriban qonşuluq prinsipinə əsaslanan həmrəylik ruhunu inkişaf etdirmək üçün səylərini davam etdirdiyini və bunun davam edəcəyini bildirib.