Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, Ankara İsraillə münaqişənin tez bir zamanda dayandırılması və İranın nüvə proqramı üzrə danışıqlara qayıtması üçün vasitəçi kimi çıxış etməyə hazırdır.
“Prezident Ərdoğan İsrail və İran arasındakı münaqişə ilə bağlı xarici liderlərlə bir sıra təmaslar keçirdiyini və Türkiyənin münaqişənin tezliklə sona çatması və İranın nüvə proqramı üzrə danışıqlara qayıtması üçün vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib”, – deyə məlumatda vurğulanıb.
Ərdoğan İran prezidentinə ölkəsinin regionda sülh və sabitliyin qorunmasına böyük əhəmiyyət verdiyini də bildirib.
Türkiyə və İran prezidentləri bundan əvvəl iyunun 14-də telefonla danışıblar.



