Xəbərlər

Ərdoğanla Putin İran-İsrail münaqişəsini müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə liderinin administrasiyası danışıqların yekunlarına dair məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan deyib ki, İranın nüvə proqramı ətrafında yaranan problemin həllinin yeganə yolu diplomatiyadır.

“Prezident Ərdoğan Türkiyənin ilk gündən hücumları dayandırmaq üçün diplomatik təşəbbüslərə diqqət yetirdiyini, problemlərin həllinin yeganə yolunun diplomatiya olduğunu və mümkün qədər tez danışıqlar masasına qayıtmağın zəruri olduğunu bildirib”, – deyə məlumatda bildirilir.