Xəbərlər

Ərəb Liqası: Livana təcavüz ərəblərin milli təhlükəsizliyinə hücum hesab olunacaq

“Livan ərazisinin istənilən işğalı ərəblərin milli təhlükəsizliyinə hücum hesab olunacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Ərəb Dövlətləri Liqasının (LAS) üzvləri təşkilat Şurasının Qahirədə daimi nümayəndələr səviyyəsində fövqəladə iclasından sonra deyiblər.

“Biz İsrailin Livana qarşı davam edən təcavüzünü pisləyirik və buna dərhal son qoymağa çağırırıq, çünki bu cür hərəkətlər regional sabitliyə ciddi təhlükə yaradır”, – məlumatda bildirilib.