Ərəb ölkələrinin xarici işlər nazirlərinin gələn bazar günü Ərəb Liqası Baş Katibliyinin qərargahında keçirilməsi planlaşdırılan fövqəladə iclası daha sonrakı tarixə təxirə salınıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “MENA” agentliyi məlumat yayıb.
Verilən məlumata görə, Suriya və Fələstinin birgə tələbi ilə planlaşdırılan bu fövqəladə toplantıda Suriyadakı mövcud vəziyyət, İsrailin Qəzza zolağına və Fələstin ərazilərinə davam edən hücumlarının müzakirə ediləcəyi gözlənilirdi.
İclasın təxirə salınmasının səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.