Ermənistan Milli Məclisinin “Vətəndaş sazişi” fraksiyasının deputatı, parlamentin İqtisadi Məsələlər üzrə Daimi Komissiyasının sədri Babken Tunyan Azərbaycandan qaz idxalı ilə bağlı müzakirələrin aparılacağını istisna etmir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan KİV məlumat paylaşıb.
O, bunu Milli Assambleyada jurnalistlərlə söhbətində Baş nazir Nikol Paşinyanın İkinci Erməni Sammiti zamanı səsləndirdiyi fikrə istinad edərək deyib. Deputat qeyd edib ki, Baş nazir gələcəkdə Ermənistanın Azərbaycandan qaz idxal edə biləcəyini istisna etməyib.