Xəbərlər

Ermənistan-ABŞ birgə hərbi təlimi başlayıb

“Eagle Partner-2025” Ermənistan-ABŞ birgə hərbi təlimi başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, açılış mərasimində Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan, ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinn, yüksək rütbəli hərbçilər və qonaqlar iştirak ediblər.