“Ermənistan vizanın liberallaşdırılması üzrə danışıqlar kontekstində Avropa İttifaqının (Aİ) təklif etdiyi fəaliyyət proqramını tez bir zamanda həyata keçirməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə yanvarın 16-da mətbuat konfransında Daxili İşlər Nazirliyinin rəhbəri Arpin Sarkisyan məlumat verib.
Onun sözlərinə görə, yazda Aİ-nin Ermənistana fəaliyyət proqramını ötürəcəyi gözlənilir.
“Bu sənəd danışıqlar mövzusu deyil. Miqrasiya, sığınacaq, biometrik pasportların tətbiqi kimi bir çox sahələri əhatə edir. Aİ-dən olan həmkarlar komponentlər irəli sürəcəklər, əgər Ermənistan tələbləri ödəsə, müzakirələr daha əlverişli istiqamətə gedəcək”, – Sarkisyan bildirib.