Xəbərlər

Ermənistan Asiya İnkişaf Bankından 482,9 milyon avro büdcə krediti alacaq

Ermənistan hökuməti bu gün, oktyabrın 31-də keçirilən iclasında Ermənistan və Asiya İnkişaf Bankı arasında “Fiskal sabitlik və maliyyə bazarlarının inkişafı proqramı – 2-ci alt proqram” kredit sazişi layihəsinin imzalanmasını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Əsaslandırmada göstərilir ki, 2024-cü ildə Büdcə haqqında qanunla müəyyən edilmiş kəsirin (kesir 482,9 milyard dram) maliyyələşdirilməsi üçün büdcədə 450 milyon dollara yaxın büdcə dəstəyi kreditlərinin cəlb edilməsi nəzərdə tutulub.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Ermənistan Respublikasının Maliyyə Nazirliyi Asiya İnkişaf Bankının vəsaiti hesabına 89 milyon 469 min avro məbləğində büdcə dəstəyi kreditinin cəlb edilməsi prosesinə start verib.

2-ci alt proqram üç əsas komponentdən ibarətdir:

  • fiskal, dövlət borcunun və maliyyə risklərinin idarə edilməsi siyasətlərinin təkmilləşdirilməsi və gücləndirilməsi, habelə müvafiq infrastrukturun tətbiqi
  • dövlət qiymətli kağızlarının emissiyası və idarə olunması üçün çərçivənin və pul bazarlarının infrastrukturunun gücləndirilməsi
  • maliyyə alətlərinin və investor bazasının genişləndirilməsi və korporativ idarəetmənin və şəffaflığın artırılması.

Qeyd edək ki, bu ilin sonunda Ermənistanın xarici borcunun ÜDM-in təqribən 48 faizini təşkil edəcəyi, gələn il isə artaraq 53 faizə çatacağı proqnozlaşdırılır.