Xəbərlər

Ermənistan: Azərbaycanla görüşlə bağlı hələlik razılıq yoxdur

“Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyaları növbəti görüşün vaxtı ilə bağlı hələlik razılığa gəlməyiblər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Armenpress” dövlət agentliyinə Ermənistan komissiyasının rəhbəri, Baş nazirin müavini Mher Qriqoryan məlumat verib.

“Komitələrin növbəti iclasının tarixi ilə bağlı hələlik konkret razılıq yoxdur. Tərəflər delimitasiya işlərinin növbəti mərhələlərinin təşkili ilə bağlı mütəmadi olaraq fikir və təklif mübadiləsini davam etdirirlər”, – o deyib.