Xəbərlər

Ermənistan: Azərbaycanla sülh sazişi imzalamağa hazırıq

“Ermənistan və Azərbaycan sülh sazişi bağlamaq ərəfəsindədir, İrəvan elə bu gün onu imzalamağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının Cenevrədə keçirilən iclasında deyib.

“Sülhün bərqərar olması ilə bağlı sizə bildirmək istərdim ki, Ermənistan və Azərbaycan razılığa gəlmək ərəfəsindədirlər, biz Azərbaycanı siyasi iradə nümayiş etdirməyə, fürsətdən istifadə etməyə və mümkün olan reallığa çatmaq üçün bizə qoşulmağa dəvət edirik”, – Simonyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri İrəvan və Bakının sülh sazişinin 80%-i üzrə razılığa gəldiyini bildirib və Azərbaycanı buna uyğun olaraq müqaviləni imzalamağa dəvət edib.