Xəbərlər

Ermənistan Baş nazirinin müavini Moskvaya səfər edəcək

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan oktyabrın 17-də Moskvaya 3 günlük səfərə gedəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edilib ki, Qriqoryan Avrasiya İqtisadi Komissiyası Şurasının iclasında iştirak edəcək.

Verilən məlumata görə, iclasda bir sıra ticarət mallarına münasibətdə idxal gömrük rüsumunun dərəcəsinin müəyyən edilməsi məsələlərinin müzakirəsi, həmçinin nəqliyyat vasitələrinin hərəkətinə dair məsələlər haqqında sazişin imzalanması barədə qərara baxılacaq.