Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan ABŞ-a işgüzar səfəri zamanı yüksək rütbəli amerikalı hərbçilərlə danışıqlar aparıb, tərəflər əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Görüşlər zamanı Ermənistan-ABŞ müdafiə tərəfdaşlığının hazırkı gedişatı, qarşıda duran proqramlar və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib”, – məlumatda bildirilib.