“Ermənistan hökuməti Bakıda keçiriləcək BMT-nin İqlim Fəaliyyəti üzrə 29-cu Sammitində (COP29) iştirak imkanını müzakirə edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.
“Ermənistanın Bakıda keçiriləcək COP29 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar yoxdur, biz bunun Ermənistana nə gətirəcəyini müzakirə etməliyik”, – Simonyan bildirib.