Oktyabrın 14-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın fövqəladə və səlahiyyətli səfiri Olivier Dekotini qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Görüşdə müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığının hazırkı gedişi və gələcək layihələr, xüsusilə Silahlı Qüvvələrdə aparılan islahatlar və Fransa ilə əməkdaşlıq məsələləri müzakirə olunub.