Xəbərlər

Ermənistan konstitusiyaya dəyişiklik etməyəcək

Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcəyini bəyan edib.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan Respublikası konstitusiyasını yalnız öz vətəndaşlarının qərarı ilə dəyişdirə bilər, Ermənistan heç bir ölkənin tələbi ilə konstitusiyasını dəyişdirməyəcək. Dəyişdirmək və ya dəyişdirməmək də Respublikasının daxili işidir”, – Nikol Paşinyan bildirib.