Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilib.
“Füyuzat”ın məlumatına görə, müvafiq sərəncamı Ermənistanın Baş nazir Nikol Paşinyan imzalayıb.
“Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 5-ci hissəsini, “Milli təhlükəsizlik orqanları haqqında” qanunun 4.1-ci maddəsinin 2-ci hissəsini rəhbər tutaraq, Armen Abazyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilsin”, – sərəncamda bildirilib.
Onun istefaya göndərilməsinin səbəbləri açıqlanmayıb.