Ermənistan müdafiə nazirinin müşaviri Arşak Orduxanyan cinayət təşkilatı yaratmaq və mənimsəmə ittihamı ilə həbs edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb.
“Bir şəxs barəsində Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (cinayətkar təşkilat yaratmaq və ya ona rəhbərlik) və 257-ci maddənin 3-cü hissəsinin 1 və 3-cü bəndləri (cinayətkar təşkilat tərəfindən xüsusilə külli miqdarda mənimsəmə) ilə cinayət işi başlanıb”, – məlumatda qeyd olunub.



