“Ermənistan hökuməti 2025-ci ildə müdafiəyə təxminən 1,7 milyard dollardan çox vəsait xərcləmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan parlamentdə büdcə müzakirələri zamanı deyib.
“Müdafiə sektorunda xərclər 664,7 milyard dram (təxminən 1,7 milyard dollar) təşkil edəcək ki, bu da 2024-cü ildəki xərcləri 20% üstələyəcək”, – nazir bildirib.