Xəbərlər

Ermənistan müxalifəti: Bir vaxtlar cəbhəyə getmək şərəf idi, indi cəzadır

“Bu gün insanları cəza olaraq cəbhəyə aparırlar”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan müxalifətinin liderlərindən olan Baqrat Qalstanyan Qarabağ müharibələrinin iştirakçıları ilə görüşü zamanı deyib.

“Bir hərflə bütün düşüncəmizi dəyişdilər. Bir vaxtlar cəbhə bölgəsinə getmək şərəf idi, indi cəzadır. Döyüş meydanını təcridxana ilə eyniləşdirdilər”, – o əlavə edib.

Baqrat deyib: “Bu gün Yerablurdakı dostlarımın və qardaşlarımın gözlərinin içinə baxmaq, müharibə zamanı döyüş meydanını tərk etməyən, lakin bu gün tərk edilmiş insanların yanından keçmək mənim üçün ayıbdır”.