Xəbərlər

Ermənistan Nazirlər Kabineti Paşinyanın istefası ilə bağlı xəbərləri təkzib edib

“Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın istefaya gedəcəyi ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir”.

“Füyuzat”ın məlumatına görə, bunu ölkənin Nazirlər Kabineti rəhbərinin müavini Taron Çaxoyan deyib.

Hökumət başçısının ailəsinə məxsus “Armenian Time” qəzeti onun sözlərini sitat gətirib : “Sizdən xahiş edirəm ki, bu cür nəşrləri ciddiyə almayasınız”.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyanın ölkədə yaşanan narazılıqları aradan qaldırmaq məqsədilə baş nazir posundan istefa verəcəyi barədə məlumatlar yayılmışdı.

Paşinyanın istefa vermək və 2024-cü il sentyabrın 10-na növbədənkənar parlament seçkiləri təyin etmək planları barədə məlumat dərc edən armlur.am portalı sonradan bu məqalənin “Aprel zarafatı” olduğunu bildirib.