Ermənistan Omanda səfirlik açacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.Bildirilir ki, müvafiq qərar aprelin 10-da Ermənistan hökumətinin iclasında qəbul edilib.
Əsasnamədə göstərilir ki, Ermənistanla Oman arasında dostluq münasibətləri son illər intensivləşib. Ticarət, yük daşımaları, hava nəqliyyatı, informasiya texnologiyaları, təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlıq potensialı mövcuddur.
Qeyd edək ki, Ermənistanın Omanda səfirliyinin açılması üçün tələb olunan xərclər üzrə hesablamalar cəmi 345,7 min dollar təşkil edib ki, bu da 133 848,5 min dram ekvivalentidir.