Xəbərlər

Ermənistan parlamenti aprelin 9-da Azərbaycanla sərhədin delimitasiyası məsələsini müzakirə edəcək

Ermənistan Milli Assambleyası (parlamenti) müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə çərşənbə axşamı Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə parlamentin spikeri Alen Simonyan məlumat verib.

“Sessiyanın gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələrin aparılması məsələsi daxildir”, – o deyib.

“Ermənistan” hərəkatının fraksiyasından TASS-a verilən məlumata görə, bu məsələnin müzakirəsi hakim “Mülki müqavilə” partiyasının tələbi ilə bağlı qapılar arxasında keçiriləcək, məruzəçilər baş nazirin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan olacaq.